Sürücülük vəsiqələri dəyişdiriləcək

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.
Nazirlər Kabinetinin yaydığı məlumata əsasən, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarla sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib.
Həmçinin, traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























