• $
  • €
  • ₽
  • ₺
  • £

ABU-nun sabiq dekanı 10 il həbs olundu

ABU-nun sabiq dekanı 10 il həbs olundu
26.09.2014 18:24

Bakı Ağır Cinayətlər Məhkəməsində ABU-nun 2002-2010-cu illərdə dekanı olan Rabil Amanovun cinayət işinin baxışı yekunlaşıb. 

"Qafqazinfo"ya daxil olan məlumaat görə, Rabil Amanov Azərbaycan Beynəlxalq Universitetinin maliyyə-kredit fakültəsinin dekanı, eyni zamanda digər təhsil müəssisələrindən tələbələrin köçürülmə komissiyasının sədri vəzifəsində işləyib. Həmin ərəfədə o, Universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub, sonuncunun təşkilatçılığı ilə TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abituriyentlerin valideynlərindən külli miqdarda rüşvət alıblar. Bunun müqabilində həmin şəxslərin Dağıstan Respublikasının Mahacqala şəhərində yerləşən Maliyyə və Hüquq İnsitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitətində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar. Sonra Azərbaycan Təhsil Nazirliyinin razılığı olmadan həmin şəxslərin 2-ci kursdan ABU-ya köçürülmələrinin müvafiq əmrlərini şəxsən imzalayıb. 

Bundan əlavə, TQDK və Universitetin keçirdiyi test imtahanlarının nəticələrinə əsasən qəbul olunmuş tələbələrdən ümumilikdə 240.412 manat məbləğində R.Amanov və qeyriləri rüşvət alıblar. 

Məhkəmə prosesnidə Rabil Amanov ittiham üzrə özünü təqsirli hesab edib.

Məhkəmə təqsirləndirilən şəxsi məhkəmə zalında həbs edib. Elan olunan hökmə əsasən Amanov 2 il müddətində ali təhsil müəssisələrində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunub. O,  CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma ),311.3.2 ( təkrar rüşvət alma ) və 311.3.3 ( külli miqdarda rüşvət alma ) maddələri ilə təqsirləndirilirdi.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol