• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzindəki bahalı ərazi Füzuli Ələkbərovun imiş – FOTOLAR

Bakının mərkəzindəki bahalı ərazi Füzuli Ələkbərovun imiş – FOTOLAR
05.04.2019 15:42
Bakının Nizami ("Tarqovu”) küçəsində illərdir boş qalan və avtodayanacaq kimi istifadə edilən böyük ərazi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun imiş.  

 
Bu iddianı afn.az saytı ortaya atıb. F.Ələkbərovun Bakıdakı mülkləri haqda araşdırma hazırlayan sayt bildirir ki, paytaxtın ən bahalı ərazilərindən biri olan bu torpaq sahəsi də keçmiş nazirə aiddir. 

 
Sayt yazır ki, Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsi F.Ələkbərova məxsusdur. Bu ərazi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısının "Mehmanxana, biznes və ticarət mərkəzi binasının layihələndirilməsi” haqqında Sərəncamı var. Torpaq sahəsinə görə Əmlak məsələləri üzrə Dövlət Komitəsi ilə 45 illik icarə müqaviləsi imzalanıb. Torpağın kadastr planı, ayrıc aktı və inşaat pasportu mövcuddur. Köhnə tikilinin yerini təşkil edən sahənin ümumi ölçüsü 0,175 ha təşkil edir.

 
Ərazi dayanacaq kimi fəaliyyət göstərir. Sayt iddia edir ki, buranın vergisi də verilmir. 
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol