DİQQƏTLİ OLUN!!! "Malyuktka" uşaq qidası ilə bağlı ARAŞDIRMA - VİDEO

Ötən gün Azərbaycanda "Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının içərisindən yad cisimin aşkarlanması ilə bağlı məlumat yayılmışdı. Məlumat cəmiyyətdə ciddi rezonans doğurdu, hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirildi ki, onlardan da biri rəqibləri tərəfindən idxalçı şirkətin biznesinə xələl gətirmə cəhdi ilə bağlı oldu.
Bunu nəzərə alaraq "Report”un çəkiliş qrupu sözügedən uşaq qidası ilə bağlı öz araşdırmasını apardı.
Daha sonra çəkiliş qrupu "İDC-2000” MMC şirkətinə yollandı.
Şirkətin anbardarı Rafiq İbrahimov "Report”a bildirib ki, yad cisim aşkarlanan "Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ölkəyə "IDC 2000” MMC tərəfindən gətirilməyib. Şirkət rəsmisinin sözlərinə görə, həmin uşaq qidasının idxalı Azərbaycanda fəaliyyət göstərən digər şirkət tərəfindən həyata keçirilib: "Məhsullar Polşadan Azərbaycana gətirilən zaman AQTA tərəfindən nümunələr götürülərək ekspertizaya aparılır və müayinələrin nəticəsinə uyğun olaraq, məhsulun keyfiyyəti məlum olur. Bu günə qədər bizim idxal etdiyimiz məhsullar arasında xoşagəlməz hal yaşanmayıb. Anbarda gigiyena qaydalarına və malların saxlanma şəraitinə riayət olunur. Anbarın içərisində temperatur 14-15 dərəcə selsidə olur”
Qeyd edək ki, dünən məlum olub ki, yad cisim çıxan "Malyutka-2” əmtəə nişanlı uşaq qidasının distributoru "Veysəloğlu" şirkəti olub. "Veysəloğlu" şirkəti də açıqlama yayaraq ötən ildən "Nutricia" şirkətinin məhsullarının idxalını tam dayandırdığını bildirib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gün "Malyutka- 2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələrini açıqlayıb.
Aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























