• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Klinik Xəstəxanada xəstələrin yaxınlarını necə müflis edirlər?

Mərkəzi Klinik Xəstəxanada  xəstələrin yaxınlarını necə müflis edirlər?
05.04.2019 21:42
Mərkəzi Klinik Xəstəxanada jurnalist Məhəmmədəli Qəriblinin yaxın qohumları çıxılmaz duruma salınıb. Xəstənin sağalmayacağı bilinsə də onlara bahalı dərmanlar aldırılıb və xəstəxanada qalmağına görə, gündəlik 1500-2000 manat pul alaraq qəsdən evə çıxarış verməyiblər. Bu barədə jurnalist öz Facebook hesabında yazıb. Həmin yazını olduğu kimi təqdim edirik:

"İRİN VƏ QAN DEPOZİTİ...

Son vaxtlar xidmət sektorunda depozit dəbi ortaya çıxıb. Hansı restorana girirsən deyir 100-150 manat ödəyib sonra yeməyə başlamalısan. İlk dəfə bunu öz qohumlarının əmlakını fırıldaq yolu ilə ələ keçirməkdə adı hallanan "Neolit" restoranının müdirinin tətbiq etdiyinin şahidi oldum.

Müğənni Damlanın dostu tərəfindən əsası qoyulan bu proses indi əksər restoranlarda tətbiq edilir. Mexanizm belədir. Kabinetə girən kimi səndən depozit alırlar. Yəni sən minimum ödədiyin depozit qədər yeməlisən. Ondan az yesən belə pulu sənə qaytarmırlar. Çox yesən isə depozitdən əlavə pul verməlisən.

Restoranların bu istiqamətdə fəaliyyətlərini  başa düşmək olar. Ora adətən pulu olan adamlar gedir. Hazırda restoranlardan da pis depoziti fırıldağını insanların əlacsızlıqdan üz tutduğu xəstəxanalar tətbiq edir.

Onkoloi xəstəlikdən əziyyət çəkən bir qohumumzla bağlı yaşananlar məni dəhşətə gətirdi. Ailə 8 ay idi ki, xərçənglə mübarizə aparırdı. Xəstəni aparmadıqlarıi yer, xərcləmədikləri pul qalmadı.

Nə əmlakları varsa satdılar. Ən son günlərdə isə vəziyyəti ağırlaşan xəstəni Mərkəzi Klinik Xəstəxanaya yerləşdirdilər. Xəstənin qohumlarına deyiblər ki, bir dərman var onu vursaq sağalar.

Qiyməti 5 min manat olan həmin dərmanı Moskvadan gətizdirib ömrünün son günlərini yaşayan xəstəyə vurublar. Sonra isə Mərkəzi Klinik Xəsətxanada qalmaq üçün hər gününə 1500-2000 manat depozit ödətdiriblər.

Təsəvvür edirsinizmi, həkimlər öləcəyini bildiyi xəstəni orda saxlamaqla 20000 manata yaxın pul qazanıblar. Hər halda, xəstənin hansı vəziyyətdə olduğunu onlardan yaxşı kimsə bilə bilməzdi.

Onsuz da, sağalmaq üçün çarəsi olmayan xəstənin yaxınlarına deyə bilərdilər ki, can verən adamı aparın evinizdə ölsün. Amma ümid verməklə, müflis olan ailəni borca girməyə vadar edib, qanını sorublar. Ən dəhşətlisi isə depozit məsələsidir.

Məlum olub ki, əvvəlcədən depozit qoymasan hansı vəziyyətə düşməsindən asılı olmayaraq, xəstəni çölə atırlar. Xəstə dünyasını dəyişib canını qurtarır. Amma ailə fikirləşir ki, yasdan sonra nəyi satıb Mərkəzi Klinik xəstəxanaya versinlər ki,  borcları bağlansın. 

Son vaxtlar rastaşdığımız mənzərələr onu deməyə əsas verir ki, səhiyyəmiz vətəndaşlarımıza sanki əsir düşərgəsi qanunları ilə rəftar edir. Belə yolla əldə edilən vəsait qazanc yox, irin və qandır. 

Barəsində bəhs etdiyim ailənin başı yasa qarışdığı üçün, onların adını çəkməklə  məsələni ictimailəşdirmək istəmirik. Bir qədər acıları keçəndən sonra, bu mövzuya yenidən qayıdacam..."
 
Zaur Qənbərov

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol