Qaradağda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib

Ölkə vətəndaşlarının sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi dövlətimizin sosial siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyevin tapşırığına əsasən, hər il əhalinin tibbi profilaktik müayinəyə cəlb edilməsi üçün zəruri tədbirlər görülür.
Ölkə rəhbərliyinin tövsiyəsinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdundan didərgin düşən həmvətənlərimizin birbaşa müvəqqəti məskunlaşdıqları yerlərdə yüksək səviyyəli tibbi xidmətdən istifadə etməsinə dəstək verir. Artıq ənənəyə çevrilmiş tibbi müayinə aksiyası aprelin 5-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilib.
Aksiya haqqında Qaradağ rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərə əvvəlcədən məlumat verilib.
Aksiya çərçivəsində 400 nəfərə yaxın məcburi köçkün müayinə olunub. Səhhətində problem aşkar edilənlərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. Daha ağır vəziyyətdə olanlara xəstəxanaya göndəriş verilib.
Məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə ninnətdarlıq bildiriblər.
Tibbi aksiyaların məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























