• $
  • €
  • ₽
  • ₺
  • £

10 milyonuncu sakinin şərəfinə böyük tədbir keçiriləcək

10 milyonuncu sakinin şərəfinə böyük tədbir keçiriləcək
06.04.2019 15:17
"10 milyonuncu körpənin valideynləri ağdərəlidirlər, Ağcabədidə qaçqın kimi yaşayırlar”.
 
Bu barədə Modern.az-a Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi haqqında təəssüratlarını bölüşərkən deputat Aqil Abbas söyləyib. O ailəyə təbriklərini dilə gətirib və körpəyə can sağlığı arzulayıb:
 
"Bu sevindirici xəbərdir. Çox qəribədir ki, 10 milyonuncu körpəsi işğal olunmuş torpaqlarımızın sakinidir. Ailəsi Ağdərə rayonundandır, məcburi köçkündürlər. Övlad Bakıda dünyaya gəldi. Amma mən arzu edirəm ki, Allah onu Ağdərəyə qaytarsın, orada böyüsün, orada təhsil alsın, orada yaşasın. Elə bizim hamımız onunla birlikdə Ağdərəyə qayıdaq, yenidən Qarabağın azad olunmasına sevinək”.
 
Hazırda Ağcabədi rayonunda olduğunu qeyd edən A.Abbas deyib ki, sabah rayonda bununla bağlı böyük tədbir keçiriləcək:
 
"Mən seçicilərimlə görüşə gəlmişəm. Ağcabədidəyəm. Elə icra başçısı bir müddət əvvəl məlumat verdi ki, sabah bununla bağlı böyük tədbir keçiriləcək. Mən özüm də tədbirdə iştirak edəcəyəm”. 
 
Qeyd edək ki, Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol