Şamaxıda ağır qəza: altı nəfər xəsarət aldı

Şamaxıda yol-nəqliyyat hadisəsi qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində altı xəsarət alıb.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə saat 12:00 radələrində şəhərin Bəhyəddin Mirzəyev küçəsində baş verib.
Qəza nəticəsində altı nəfər xəsarət alıb. "Chevrolet”in sürücüsü, Şamaxı sakini Nadir Qədirov və digər avtomobildə olan sərnişin, Rusiya vətəndaşı Nataliya Məlikovanın xəsarətləri ağır olduğundan onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib, cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyəti kafidir.
Digərlərinin xəsarətləri yüngül olduğundan onlar xəstəxanaya aparılmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























