Mədət Quliyev: "Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq"

Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq.
Anews.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar "Az avtomobil, çox həyat" devizi altında keçirilən velosiped yürüşü zamanı deyib.
M.Quliyev qeyd edib: "Biz bu addımımızla ümumdünya sağlamlıq prosesinə qoşuluruq və gənclərimizi xoşagəlməz vərdişlərdən, həmçinin siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq. Gəlsinlər, idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























