• $
  • €
  • ₽
  • ₺
  • £

XİN Türkiyədə azərbaycanlı tələbələrin ölümü ilə bağlı məlumat yaydı

XİN Türkiyədə azərbaycanlı tələbələrin ölümü ilə bağlı məlumat yaydı
26.09.2014 13:07
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Uşak şəhərində azərbaycanlı tələbələrin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.XİN-in mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, Uşak şəhəri dairəsində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil səhər radələrində yol qəzasına düşüb. Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olub, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb. Yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur. Bu şəxslər Türkiyənin Uşak universitetinin 1 və 2-ci kurs tələbələridirlər. Uşak şəhəri Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun cavabdehlik dairəsində daxil olduğundan Baş konsulluq tərəfindən zəruri tədbirlər görülüb. Hazırda Baş konsulluq Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımı təmasları davam etdirir. Baş konsulluq eyni zamanda həlak olanların cənazələrinin vətənə çatdırılması, lazımı sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində fəaliyyət göstərir. Azərbaycanın Təhsil Nazirliyinə də bu barədə məlumat verilib. İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib. XİN yol qəzasında həlak olanların yaxınlarına başsağlığı verib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol