• $
  • €
  • ₽
  • ₺
  • £

Kartof rüsumuna görə Şəmkirdə əhali aksiya keçirib – VİDEO

Kartof rüsumuna görə Şəmkirdə əhali aksiya keçirib – VİDEO
08.04.2019 12:47
Bu gün Şəmkir rayonunda katrofa tətbiq edilən əlavə gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası təşkil edib.

Bu barədə kənd sakinləri BAKU.WS-ə bildiriblər. Qeyd edilir ki, rayonun Sarı kənd sakinləri əlavə gömrük rüsumuna etiraz olaraq rayon sakinləri dəmir yolunu bağlayıblar.

Əraziyə icra başçısı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gedib və sakinlərlə danışıb.

"Şəmkirlilərin qeyrəti qeyrətim, namusu namusumdur”, - deyə bildirib.

Məsələyə aydınlıq gətirmək üçün rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Rayon icra başçı müavini Mahir Əliyev BAKU.WS-ə bildirdi ki, məsələ ilə əlaqədar əhali ilə danışıqlar aparılıb.

"Camaatla danışıqlar apardıq. Əhalidən 2-3 gün möhlət istədik. Sakinlərlə razılaşdıq və problemlə bağlı aidiyyatlı qurumlarla birgə bir qərar veriləcək”, - deyə Mahir Əliyev bildirib.

Qeyd edək ki, təzə və ya soyudulmuş kartofun Azərbaycana idxalına gömrük rüsumu tətbiq edilib.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Dəyişikliyə əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramına 1 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.

Mayın 31-dək isə Azərbaycandan xaricə ixrac olunacaq kartofun hər kiloqramına 2 dollar gömrük rüsumu qoyulacaq.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol