• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağda məcburi köçkünlər təlim keçiblər

Dağlıq Qarabağda məcburi köçkünlər təlim keçiblər
08.04.2019 18:00
Aprelin 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində yerləşən Şıxarx qəsəbəsində, məcburi köçkünlərin yaşayış kompleksində Müdafiə Nazirliyinin dəstəyi ilə ilk tibbi yardım üzrə təlim təşkil edib. 

Sarıcalı Hərbi Hospitalının tibb işçiləri tərəfindən açıq havada keçirilən təlimə kompleksdə məskunlaşmış 100-dən çox məcburi köçkün cəlb olunub. Onlar hər hansı qəza zamanı və həyat üçün təhlükə yaradan vəziyyətlərdə, o cümlədən hərbi əməliyyatlar nəticəsində xəsarət alanlara həkim gələnədək ilk yardım göstərilməsi üsul və qaydaları üzrə praktiki məşqlərdə iştirak ediblər. Təlimçi həkimlər məcburi köçkünlərin çoxsaylı suallarını cavablandırıb, onlara ilk tibbi yardımın xüsusiyyətləti və əhəmiyyəti barədə ətraflı məlumat veriblər. 

General-mayor Hikmət Həsənovun şəxsi nəzarəti altında aparılan təlimə tibb xidməti polkovnik-leytenantı Hüseyn Əliyev rəhbərlik edib.

Dövlət Komitəsi işğaldan azad edilmiş və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan məcburi köçkün vətəndaşlarımız arasında ilk tibbi yardım üzrə maarifləndirmə işinin aparılmasını vacib sayır.

Təlimlərin məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər yaşayış yerlərində də aparılması nəzərdə tutulur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol