• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdi intihar edən məktəbin direktoru ilə bağlı - İLGİNC FAKTLAR

Şagirdi intihar edən məktəbin direktoru ilə bağlı - İLGİNC FAKTLAR
09.04.2019 10:21
Bakıda şagirdi intihar edən 162 saylı məktəbin direktoru Sevin Abbasova ilə bağlı yeni faktlar üzə çıxıb.

Buta.media-nın məlumatına görə, belə ki, intihar edən şagirdə "pozğun ailənin uşağı" damğasını vuran qəhrəman direktorla bağlı bundan öncə də şikayətlər olub.

Belə ki, yerli KİV-də 2019-cu ilin fevral aynda Sevin Abbasova ilə məcburi köçkün ailəsi arasında qalmaqal yaşanıb. S. Abbasova həmin məktəbdə oxuyan məcburi köçkün Səbahət Mehdiyevanın övladını 9-ci sinif şagirdini mütəmadi olaraq təhqir edib.

Bu səfər də, direktor əxlaq normalarını ortaya gətirərək məktəbli qıza bildirib ki, "bəs sən niyə oğlanla bir yerdə oturursan?". 

S. Mehdiyeva məktəb direktorundan şikayət edərək bildirib ki, S. Abbasova onun qızını məktəbdən qovmaq istəyib:

"Qızım əlaçıdır, şərəf lövhəsində də fotosu var. Həmin sinifdəki iyirmi uşağın hamısını direktor gözümçıxdıya salmışdı. Qayınatam 2018-ci ilin mart ayında Təhsil Nazirliyinə zəng vurdu. Bundan sonra direktor bizimlə düşmən oldu.

Bundan əvvəl də beşinci sinifdə oxuyan oğlumun sənədləri üstümə tullamışdı. Demişdi ki, sən məcburi köçkünsən, apar uşağın məcburi köçkün məktəbində oxusun, burada oxumağa haqqı çatmır. Mən də uşaqlarımı aparıb Zəngilan məktəbinə qoydum".


Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib. 

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol