• $
  • €
  • ₽
  • ₺
  • £

“Prezidentlə görüşdə biri dədəsinə heykəl istədi, biri...”

“Prezidentlə görüşdə biri dədəsinə heykəl istədi, biri...”
29.05.2020 05:33
Bakıda keçiriləcək Avropa Liqasının finalı və AVRO-2020-nin iştirakçılarının gəlir vergisindən azad edilməsi təklif edilir. "Qafqazinfo” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi  parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. 

Bununla bağlı Vergi Məcəlləsinə əlavə olunması təklif edilən 102.1.34-cü maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək Avropa Liqasının finalı və qitə çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının, oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri vergidən azaddır.

Layihədə qeyd edilir ki, qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq.

Layihənin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, idmanla yanaşı başqa digər sahələrə də güzəştlər edilməlidir: "Məsələn, mədəniyyət və incəsənət xadimləri prezidentlə görüşlərində ictimai məsələləri yox, öz problemlərini qaldırdılar. Biri dədəsinə heykəl istədi, biri küçəyə ad verilməsini istədi. Ancaq biri demədi ki, kitaba tətbiq oluna 18 faizlik ƏDV aradan qaldırılsın. Qonşu ölkələrdə bu ƏDV aradan götürülüb. Bu günlərdə görkəmli şair Musa Yaqub müsahibə verir və deyir ki, məni heç yana müalicəyə göndərən yoxdur. Hələ mən Musa Yaquba, Ramiz Rövşənə xalq şairi adının verilməsi məsələsinə toxunmuram. Təkcə idmanla kifayətlənmək olmaz. Biz yaradıcı insanların bütün sahələrdə dəyərini verməliyik”.

Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol