• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat ən çox şikayət olunan sahələri açıqladı

Deputat ən çox şikayət olunan sahələri açıqladı
09.04.2019 19:30
Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ən çox nöqsan aşkarlanan qurumların nöqsanları aradan qaldırmalı və Palatanın tövsiyələrini nəzərə almalı olduğunu deyib.

Oxu.Az xəbər verir ki, deputat çıxışında dövlət zəmanəti ilə verilən kreditlərin qaytarılması və ünvanlı sosial yardımların verilməsi məsələlərində ciddi nöqsanların, qanunsuzluqların yaşandığını bildirib.

O bir daha xatırladıb ki, son zamanlar ən çox müraciətlər və şikayətlər məhz ünvanlı sosial yardımlarla bağlıdır:

"Artıq neçə illərdir bu məsələni dilə gətiririk. Amma qanunsuzluqlar, nöqsanlar yenə də davam etməkdədir. Hesab edirəm ki, nəhayət, bu məsələdə ciddi dönüş yaradılmalı, insanlar incidilməməlidir.

Həmçinin, dövlət nəzarəti ilə iri müəssisələrə, dövlət qurumlarına verilən kreditlərin qaytarılmasında böyük qüsurlar, özbaşınalıqlar davam etməkdədir.

Kreditlər verilərkən, bu məsələlər ölçülüb-biçilməlidir. Hər quruma bunu vermək olmaz. Bunlar olmadığı, şəffaflıq təmin edilmədiyi üçün də belə hallar yaranır və yaşanır. Bunların qarşısı alınmalıdır, özbaşınalıqlara son qoyulmalıdır”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol