• $
  • €
  • ₽
  • ₺
  • £

"İşdən çıxarılan direktor, səs yazısı unudulandan və ara sakitləşəndən sonra yenidən vəzifə başında olacaq"

"İşdən çıxarılan direktor, səs yazısı unudulandan və ara sakitləşəndən sonra yenidən vəzifə başında olacaq"
09.04.2019 15:48
8-ci sinif şagirdinin intiharı ilə əlaqədar araşdırma müddətində vəzifəsindən uzaqlaşdırılan Sevinc Abbasova yenidən vəzifəsinə qayıdacaq.

Anews.az xəbər verir ki, bu barədə axar.az-a məlumat verən məktəbdəki mənbə bildirib ki, S.Abbasovanın direktorluqdan uzaqlaşdırılması ilə bağlı bu gün iclas keçirilib.

İclası məktəb direktorunu müvəqqəti əvəz edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğlu təşkil edib. Ə.İsgəndərov müəllimləri yığaraq bildirib ki, narahatlığa heç bir əsas yoxdur, S.Abbasova tezliklə vəzifəsinə qayıdacaq.

İclasda müəllimlərə bildirilib ki, S.Abbasova baş verən hadisə və yayılan səs yazısı unudulandan və ara sakitləşəndən sonra yenidən vəzifə başında olacaq. İddia olunub ki, S.Abbasova ən pis halda töhmət alacaq, vəssalam.

Yeri gəlmişkən, onu da bildirək ki, sosial şəbəkədə olduqca aktiv olan S.Abbasova baş vermiş olayla əlaqədar artıq hesabını dondurub.

Xatırladaq ki, 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın intihar nəticəsində dünyasını dəyişən 8-ci sinif şagirdi Elina Hacıyevanı və onun ailəsini tərbiyəsizlikdə, pozğunluqda ittiham edən səs yazısı yayılmışdı.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol