• $
  • €
  • ₽
  • ₺
  • £

Ramin Hacılı azadlıqda

Ramin Hacılı azadlıqda
09.04.2019 16:03
Təxminən 10 ay əvvəl müəmmalı şəkildə həbs olunan Azərbaycan Avropa Hərəkatının prezidenti, Dalğa Gənclər Hərakatının sabiq sədri Ramin Hacılı bir neçə gün əvvəl azadlığa buraxılıb.

Hər dəfə məhkəməsi təxirə salınan, barəsində həbs qəti-imkan tədbiri şübhəli şəkildə dəfələrlə uzadılan Ramin Hacılı azadlığa çıxması ilə bağlı Qaynarinfo-nun suallarını cavablandırıb: 

"10 ay sonra nəhayət ki, məhkəmə keçirildi və haqq-ədalət yerini tapdı. İndi artıq olmalı olduğum yerdə- azadlıqdayam. Bir neçə gün dincələndən sonra ilk növbədə şəxsi problemləri yoluna qoymağa çalışacağam.  Təəssüf ki, qəfil həbsim biznesimdə yaranan bəzi problemlərin dərinləşməsinə, işimin bağlanmasına və müəyyən şəxslərə borclanmağıma səbəb olmuşdu. Artıq azadlıqda olduğum üçün, fərdi təmaslara keçib, yaranan problemləri çözmək şansım var".

Bundan sonrakı fəaliyyət planlarına gəlincə isə Ramin Hacılı bildirib ki, əsasən aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olmağı düşünür: 

"Həbsdə qaldığım aylar ərzində çox sayda siyasi və hüquqi kitab oxudum. Azərbaycanımızın nəyə ehtiyacı olduğunu aylarca təhlil etdim. Qərara gəldim ki, aktiv siyasi fəaliyyətə yenidən donməliyəm". 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol