• $
  • €
  • ₽
  • ₺
  • £

Arvadının intim videolarını qohumlarına göndərdi – Bakıda biabırçılıq

Arvadının intim videolarını qohumlarına göndərdi – Bakıda biabırçılıq
09.04.2019 17:45
Sosial şəbəkələrdə tanış olduğu qızlara hədə-qorxu gəlməkdə ittiham olunan Faiz Bastrakovun məhkəməsi davam edib. 
 
Anews.az Bakupost-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Samirə Əliyeva (ad-soyad şərtidir) zərərçəkmiş şəxs qismində dindirilib. 
 
O deyib ki,  iş axtaran zaman sosial şəbəkədə qarşısına elan çıxıb: "İş üçün müraciət etdim. Feysbukla danışdıq. Yaşımı soruşdu. 20 yaşımın olduğunu dedim. Şəklimi istədi, qəribə gəldi. Çünki normalda işə götürən şəxslər CV istəyir. Dedi, həftədə 175 manat verəcək. Danışığında çox qəribə şeylər vardı.  Hiss etdim ki, məqsədi başqadır.  Mənə tərbiyəsiz təklif etdi, əsəbiləşib onu söyüb, blokladım. Bir müddət sonra bu şəxslə bağlı sosial şəbəkələrdə xoş olmayan paylaşımlar gördüm. Yazılmışdı ki, iş adı ilə qızlara tərbiyəsiz təkliflər edib. Bir neçə ay sonra polisə dəvət olundum. Orada bu adamın əməllərindən danışdılar. Şikayətçi deyildim. Dedilər, ifadələr formal olaraq lazımdır".
 
Məhkəmədə şahid qismində dindirilən Nadir Vəliyev (ad-soyad şərtidir)  deyib ki,  təqsirləndirilən şəxsin keçmiş qayınatasıdır: "Qızımla boşanandan sonra bizi şantaj eləməyə başladı. Çılpaq şəkillərini, intim videolarını sosial şəbəkələrdə yayacağını deyirdi.  Hətta qızımın yaxınlarına həmin video və şəkilləri atırdı. 20 min manat pul istəyirdi.  Qızın işini, evini dəyişdik. Yenə tapırdı. Şikayət etmək məcburiyyətində qaldıq. Məqsədi qızımı biabır etmək idi".

Qeyd edək ki,  Faiz Bastrakov feysbuk sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək, pul tələb edərək qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinib və ötən il dekabrın əvvəlində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
 
Müəyyən edilib ki, Faiz Bastrakov guya işə götürən şəxs adından sosial şəbəkədə elan verib, qızlara sərfəli iş və yaxşı maaş təklif edib. 
 
Faiz Bastrakov qadınları iş haqda "söhbət" adı ilə aldadıb, tora salıb və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışıb.
 
O, qadınların bəzilərini feysbukda, bəzilərini telefonda, bəzilərini isə real həyatda danışdırıb, onları şantaj edib.
 
Faiz Bastrakov Cinayət Məcəlləsinin 129-cu (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 182.2.4-cü (zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə xeyli miqdarda ziyan vurma), 243.1-ci (fahişəliyə cəlb etmə) və 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham elan edilib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol