“Niyə anası xəstəxanada qızın yanına buraxılmayıb?” - Xalq artisti

"Bir azərbaycanlı, vətəndaş, ana, cəmiyyət adamı və milyonların dilində əzbər "Məktəb illəri” mahnısının bəstəkarı olmağım və ən əsası, vicdanım məni bunları yazmaga vadar etdi”.
"Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Səmədzadə sosial şəbəkədə yazıb. Məşhur bəstəkar bildirib ki, hamı 8-ci sinif şagirdi Elina Hacıyevanın faciəvi ölümünə biganə qalmamalıdır:
"Məktəb ikinci ailədir, evdir” deyərdilər. "məktəbdə intihar”, "məktəbdə əxlaqsızlıq” , "məktəbdə alver” - kimi yazı başlıqlarına son zamanlar tez - tez rast gəlinir və hamı oxuyur, izləyir, yan keçir. Hər şeyə ötəri baxa bilərsiz, gülüb, istehza edib yan keçə bilərsiz. Uşaq ölümlərindən başqa... Adını intihar, xəstəlik qoysalar belə...
Bu hadisə belə soyuqqanlılıqla yaddaşlardan itə bilməz. İctimaiyyət buna münasibət bildirməlidir. Şəhərin mərkəzində, şəhid Etibar Əliyevin adını daşıyan, Murtuza Muxtarovun inşa etdiyi binada yerləşən 100 yaşlı Azəbaycan məktəbində cinayət baş verib. Bəli, bəli cinayət. Hər bir intiharın arxasında bir cinayət, bir müəmma durur. Susdurmaq cəhdləri varsa, bu, daha bir cinayətdir.
Bir mahnıya, kiminsə açıq -saçıq geyiminə, tərbiyəsiz hərəkətinə biganə qalmayıb xərclədiyiniz enerjini bu hadisəyə kökləyin. Reallığa baxın. Həyat sosial şəbəkənin bir dəqiqəlik videoları deyil. O videoların arxasında yüzlərlə günahkar ailə, məktəb, xəstəxana və hüquqları müdafiə etməli olan hüquq mühafizə orqanları var. Susmayaq! Şikayət edək! Bu günümüzü, gələcəyimizi qoruyaq!!!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























