Azərbaycan kəşfiyyatının Ermənistanda kifayət qədər qaynaqları var və onlar... - Ekspert AÇIQLADI

"Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir”. Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. "Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir. İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları N.Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və D.Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir. Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, - Dərgahlı deyib.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli qeyd edir ki, Devid Tonoyan peşəkar hərbçi deyil, ancaq təbiət etibarilə çox hiyləgər insandır:
Burada təəccüblü heç bir şey yoxdur. Hər iki ölkə bir-birinə qarşı apardığı müharibədə kəşfiyyat faktorundan istifadə edir. Kiminki daha səmərəli çalışır, kiminki daha ayıq-sayıqdır - bunu söyləmək çətin olsa da, Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi kəşfiyyat sahəsində də Ermənistanı üstləməyə çalışır. Biz gizlətmirik ki, bizim Ermənistanda kifayət qədər informasiya qaynaqlarımız var. Biz həmin qaynaqlar vasitəsilə Ermənistandakı hərbi, siyasi durum, eləcə də, gələcək niyyətləri barədə məlumatlar əldə edə bilirik. Bu, Azərbaycan kəşfiyyatının apardığı səmərəli işin hesabınadır. Ermənilər də bizim ərazimizdə müəyyən kəşfiyyat işləri aparır. Lakin onların nə qədər uğurlu olduğunu söyləmək bir qədər çətindir. Ancaq Azərbaycan kəşfiyyatının Ermənistan haqqında kifayət qədər məlumatlı olduğunu söyləmək mümkündür. Əvvəla, Ermənistan ərazisindən çıxmış və bu gün beyin mərkəzlərinə çevrilmiş çox sayda insanlarımız var. Onlar erməni dilini çox gözəl bilir və intellektual insanlardırlar. Onlar Ermənistanın mətbuatını, radio və televiziyasını təhlil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























