Dövlət Gömrük Komitəsinin Akademiyası İNCU ilə əməkdaşlıq edir

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU - The International Network of Customs Universities) Bakı Regional İdarəsi 23 may 2014-cü il tarixli qətnaməyə uyğun olaraq 2015-ci ildə yaradılıb. Bakı Regional Ofisinin rəsmi açılış mərasimi 2015-ci il sentyabrın 11-də keçirilib.
Həmin dövrdən Akademiya ilə INCU arasında qarşılıqlı əməkdaşlıq əlaqələri genişləndirilib. Yerli və beynəlxalq tələbələr, müəllimlər və gömrük mütəxəssislərinin iştirakı ilə beynəlxalq tələbə konfransları, seminarlar, mühazirələr, qış məktəbləri və bir sıra tədbirlər keçirilib.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbərliyi, o cümlədən əməkdaşları dəfələrlə Akademiyanın tələbələri ilə görüşüblər, müxtəlif mövzularda mühazirələr keçiblər.
Xatırladaq ki, bu ilin əvvəlində INCU-nun Katibliyinin rəhbəri Mixail Kaşubski və Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun əməkdaşı Qalina Fedotova Akademiyada INCU-nun "Qış məktəbi" təqaüd proqramı çərçivəsində təlim keçiblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























