• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram Məmmədovla bağlı - Rəsmi açıqlama

Bayram Məmmədovla bağlı - Rəsmi açıqlama
10.04.2019 11:17
Daxili İşlər Nazirliyi 30 sutka cəza alaraq nazirliyin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılan Bayram Məmmədova işgəncə verilməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 


Anews.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Orxan Mansurzadə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, döyülmə nəticəsində B.Məmmədovda başgicəllənmə və qusmalar olması ilə bağlı xəbər əsassızdır. Onu sözlərinə görə, müxalifyönlü təşkilatlar əsassız olaraq B.Məmmədova fiziki təzyiq göstərilməsi ilə bağlı məlumatlar yayırlar: "İctimai diqqəti cəlb etmək üçün belə fikirlər yayırlar. İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsi bu yaxınlarda yenidən qurulub və ən müasir tələblərə cavab verir. Orada saxlanıların hüquqlarının təmin olunması, yaxınları ilə görüşməsi, qida ilə təmin olunması, qohumları ilə görüşməsi üçün tam şərait yaradılır. Bu xidmətdə nazirlik, prokurorluq, Ombudsman aparatı və digər ictimai nəzarətlə məşğul olan təşkilatlar mütəmadi monitorinq keçirir. Orada hər tərəf kameralarla təchiz edilib. 


Ümumiyyətlə, orada heç kimi döymürlər. Bu iddiaların yayılması başqa məqsəd daşıyır. Həmin məlumat yayılan gün Ombudsman aparatı xəbərdar etmədən birbaşa başvurma həyata keçirib, Bayram Məmmədovla görüşüblər və deyilənlərin heç biri öz təsdiqini tapmayıb. Daha sonra İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri də baxış keçirib və adıçəkilən şəxslə görüşüblər. Yəni, həm dövlət, həm ictimai nəzarət altında belə iddiaların real olması mümkünsüzdür. İnsanın səhhətində müəyyən problemlər ola bilər, onda da həkim yoxlamasından keçirilirlər, müvafiq müalicələrini alırlar”.


Xatırladaq ki, B. Məmmədov mart ayında əfvə düşərək azadlığa buraxıldıqdan bir neçə gün sonra yenidən saxlanılıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol