Millət vəkilləri TV-ləri “səviyyəsiz” adlandırdı: Bəzi özəl kanallar bağlansın!

Özəl kanallarımıza baxanda adamın əti tökülür. Başdan-ayağa səviyyəsizlik, qeyri-peşəkarlıq hökm sürür.
O, Türkiyə telekanallarından nümunə çəkib:
"Türkiyənin telekanallarına fikir verək. Baxırsan, nə qədər maraqlı verilişlər, filmlər, teleseriallar göstərilir.
Məsələn, "Möhtəşəm yüz il”i götürək. Necə baxımlı, maraqlı serialdır. Mən hətta Moskvada olarkən görürdüm ki, ruslar onu necə maraqla izləyirlər. Amma gəlin özümüzə dönüb baxaq, görək bizdə vəziyyət necədir: tək sözlə, biabırçılıq.
Guya teleserial çəkirlər, başdan-ayağa səviyyəsizlik, əttökənlikdir. Hansısa veriliş gedir, iki saat efir zəbt olunur, amma baxırsan ki, heç nə yoxdur, qeyri-peşəkarlıqdır. Ona görə hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılmalıdır.
Onun fikirləri yazıçı və millət vəkili həmkarı Elmira Axundova tərəfindən dəstəklənib.
E.Axundova da hesab edir ki, bəzi özəl telekanalların bağlanması məqsədəuyğun olardı:
Baxırsan xarici telekanallara, məsələn, Fransanın özəl televiziyalarına, çox maraqlı verilişlər gedir. Könhə, tanınmış, korifey sənətkarlar, dünya ulduzlarından bəhs edilir, onlar bir daha dinləyicilərə çatdırılır, xatırladılır.
Amma bizdə necədir, tam biabırçılıq. Sadəcə AzTV-də belə baxımlı verilişlərə baxmaq mümkündür, qismən də İTV-də. Ona görə düşünürəm ki, doğrudan da Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Şura artıq bəzi özəl telekanalların bağlanılmasına qərar verməlidir. Belə telekanallardansa, olmaması yaxşıdır”.
"Bunlar hər birimizdə ciddi təəssüf və narahatlıq doğurur. Bunlar aradan qaldırılmalıdır. Hesab edirəm ki, lazım gələrsə, bu yöndə məsələləri bir qədər qapalı şəkildə də müzakirə edə bilərik”.
"Bu şuralarda həm də aparıcıların danışığı, efir mədəniyyəti məsələsinə, həmçinin, filmlərin səsləndirilməsi məsələsinə də baxılmalıdır. Çünki bu yöndə də ciddi problemlər var. Amma bədii şuralar senzura, qadağa funksiyasını yerinə yetirməməlidir. Onlar tövsiyə verməlidir. Yox, əgər, bir-iki tövsiyə nəzərə alınmasa, o zaman qadağa işə salınmalıdır”.
Millət vəkili Gövhər Baxşəliyeva teleseriallarla bağlı məsələni qabardıb:
Hesab edirəm ki, tarixi qəhrəmanlarımızla, tarixi şəxsiyyətlərimizlə bağlı səviyyəli teleseriallar çəkilməlidir. Bu gün Azərbaycan izləyicisinə, xüsusilə, gənc nəslə belə teleseriallar lazımdır.
Adıçəkilən komitənin sədr müavini, professor Jalə Əliyeva da həmkarlarının fikirləri ilə razılaşdığını bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























