• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərin dibindən 445 ton ağırlığında inanılmaz tapıntı - FOTOLAR

Xəzərin dibindən 445 ton ağırlığında inanılmaz tapıntı - FOTOLAR
10.04.2019 22:42
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilər dənizin dibindən batmış gəmi hissələri çıxarıblar.
QSC-dən Anews.az-a verilən məlumata görə, Ağ şəhər bulvarının su akvatoriyasının metal hissələrdən təmizlənməsi işləri çərçivəsində Xəzər dənizinin dibindən ümumilikdə 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb.

Korpuslar müvafiq olaraq 180, 200, 65 ton olub. Batmış hissələri əvvəlcə dalğıclar kəndirlə bağlayıb, daha sonra kran gəmisinin köməkliyi ilə onlar "Barja-701” barjının göyərtəsinə qoyulub. Yedək gəmiləri ilə barjdakı gəmi hissələri sahilə çatdırılaraq metal qırıntısı kimi təhvil verilib.
Həyata keçirilən işlərə Xəzər Dəniz Neft Donanmasının "Qurban Abasov”, "Socar-1”, "Barja-701”, "Hövsan-5”, "Abşeronskaya-6”, "SPK-47/25”, "Hövsan-2” kimi gəmilər və barjı cəlb edilib.
Qeyd edək ki, ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. Bu baxımdan ASCO-da ətraf mühitə zərərin vurulmaması üçün mütəmadi zəruri qabaqlayıcı tədbirlər görülür. Gəmilərin istismarı zamanı yaranan müxtəlif çeşidli bərk və maye tullantıların, habelə qaz atqılarının su mənbələrinə, qrunta və atmosferə ekoloji təsirlərinin minimuma endirilməsi daim çox ciddi diqqət mərkəzində saxlanılır.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol