• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək müqaviləsi bildirişlərinin sayı bir milyonu ötdü

Əmək müqaviləsi bildirişlərinin sayı bir milyonu ötdü
25.09.2014 15:25
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron informasiya sisteminə (EİS) əmək müqaviləsi bildirişlərinin daxil edilərək qeydiyyatdan keçirilməsi prosesi günbəgün sürətlənir. ANN.Az xəbər verir ki, bu gün EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq bir milyonu (1 milyon 1976 bildiriş) ötüb.   Bu islahat tədbirinin uğurla həyata keçirilməsi Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, cari ilin 1 iyulundan tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə EİS-nin işçi və işəgötürənlərin maraq və mənafelərini aydın şəkildə əks etdirdiyini, onun texniki infrastrukturunun mükəmməl şəkildə hazırlandığını təsdiq edir. Yalnız onu qeyd etmək kifayətdir ki, prosesə başlandığı ilk günlərdən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət növləri sırasında qərar tutub.    Əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsinə xidmət edən bu proses ƏƏSMN tərəfindən əhali, xüsusən işəgötürənlər arasında çoxşaxəli təbliğat-məlumatlandırma işlərinin aparılması ilə müşaiyyət olunub. Ölkənin bütün bölgələrində işəgötürənlər üçün “Açıq qapı günü-vətəndaş forumu” çərçivəsində məlumatlandırma tədbirləri həyata keçirilib və onlara əməli köməklik göstərilməsi üçün hər bir regionda “Yardımçı masaları” yaradılıb. Həmçinin müvafiq metodiki göstərişlər və yardımçı materiallar ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib, Nazirliyin "142 Çağrı mərkəzi"nin müvafiq mövzu ilə bağlı olaraq məlumatlandırma funksiyaları genişləndirilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol