• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhurlar Elina üçün ayağa qalxdı: “Ən ağır şəkildə cəzalandırılsın”- VİDEO

Məşhurlar Elina üçün ayağa qalxdı: “Ən ağır şəkildə cəzalandırılsın”- VİDEO
11.04.2019 09:58
Röya Ayxan 162 saylı orta məktəbdə 14 yaşlı Elina Hacıyevanın intiharına biganə qalmayıb.

Publika.az xəbər verir ki, Əməkdar artist qızın ölümündə mətkəb direktorunu ittiham edib.

" Ay gözəl xanım, bu sualların yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə suallar verirsiniz. Mən də belə böyüdüm, 5-ci sinfdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim, çox şükür ona və o günə. Boşanmış ailənin qızı idim, çox şükür olsun ki, bu suallar yağdırana əyilmədim, bəyənməsələr də ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Hərdən buna siz bizi məcbur edirsiniz”.

"Eurovision 2011” qalibimiz Nigar Camal isə məlum olayla bağlı Prezident İlham Əliyevə müraciət edib. O, instaqramda video paylaşaraq günahkarların cəzalandırılmasını xahiş edib:

"Ölkə rəhbərliyinə üzümü tutaraq, Bakı şəhəri 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə günahı olan həmin məktəbin direktoru, həmçinin, bütün təqsiri olan şəxslərin heç bir güzəşt olmadan, qanun çərçivəsində və ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm. Cənab Prezident, uşaqlarımızı xilas edin”.

Tanınmış aparıcı Nərgiz Cəlilova da Elinanın ölümündə günahkar olan şəxslərin cəzasını çəkməsini tələb edib. O, Elinanın fotosunu paylaşaraq bu sözləri qeyd edib:

"Onun da xəyalları və arzuları var idi...! Biz niyə bu qədər acımasız, laqeyd olduq ?! Biz niyə bu qədər sevgi bilməz olduq ?!!!”

Xatırladaq ki, edək ki, hadisə aprelin 4-də baş verib. Elina Hacıyevanın ona qarşı məktəbdə edilən təzyiqlərdən sonra intihar etdiyi iddia edilir. Məsələ ilə bağlı məktəbin direktoru Sevinc Abbasova işdən çıxarılıb. İstintaq davam edir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol