• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə cinsi azlıqların məsələsi qaldırıldı - Deputat etiraz etdi

Milli Məclisdə cinsi azlıqların məsələsi qaldırıldı - Deputat etiraz etdi
29.05.2020 02:22
"Bəzi ailələr və valideynlər var ki, övladlarının təhsil almasını istəmirlər”.

"Ölkə.Az” xəbər verir ki, bunu bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Elşən Musayev deyib.

Millət vəkili belə halın təmsilçisi olduğu Zaqatala və şimal bölgəsində də müşahidə olunduğunu təəssüf hissi ilə vurğulayıb:

"Mən özüm şahidi olmuşam ki, bəzi ailələr, valideynlər övladlarının – hansı ki, onlar istedadlı uşaqlardır- təhsilində, oxumasında maraqlı deyilər. Bu, çox böyük təəssüf doğurur. Bu məsələdə nəyi isə bəhanə gətirməz olmaz. Xüsusilə, istedadlı uşaqlar öz təhsillərini davam etdirməli və onlara dəstək göstərilməlidir. Mən elə hesab edirəm ki, Gənclər Fondu belə uşaqlara, yeniyetmələrə öz imkanları daxilində yardım, dəstək göstərməlidir”.

Müzakirələrin gedişində homoseksual gənclərlə bağlı məsələ də qaldırılıb. Bu məsələ iclasda iştirak edən gənc tələbələrdən biri tərəfindən dilə gətirilib.

Tələbə qeyd edib ki, homoseksual, cinsi azlıqların nümayəndələri olan gənclər tez-tez fiziki və mənəvi təzyiqlərə, təsirlərə məruz qalırlar:

"Onlar çox vaxt işə götürülmürlər və ya onlara iş yerlərində fiziki, mənəvi təzyiqlər göstərirlər. Onlar diskriminasiyaya məruz qalırlar. Hansı ki, onların işləmək və təhsil almaq, eləcə də digər hüquqları Konstitusiya ilə təsbit olunub. Onların da artıq konstitusion hüquqları təmin edilməlidir. Bununla bağlı parlament tərəfindən də addımlar atılmalıdır”.

Deputat Elşən Musayev isə deyib ki, bu məsələdə dövləti heç cür günahlandırmaq olmaz.

"Bu, daha çox milli mental dəyərlərdən irəli gələn ictimai qınaq və tənbehlə bağlı olan məsələdir. Düşünmürəm ki, onlara qarşı hər yerdə "qara zolaq” var. Bu, belə deyil. Mən bilmirəm siz faktları hardan almısız, amma mənim bildiyim odur ki, həmin azlığın nümayəndələri də işlə təmin olunurlar”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol