• $
  • €
  • ₽
  • ₺
  • £

Ərazimizin böyük hissəsi bu gün mövcud olmayan okeanın dibində yerləşirmiş

Ərazimizin böyük hissəsi bu gün mövcud olmayan okeanın dibində yerləşirmiş
11.04.2019 20:00
Azərbaycan ərazisində suda yaşayan canlılara aid ən qədim tapıntılar Naxçıvanda Arpaçayın ətrafında aşkarlanıb. Tapılan qalıqların yaşı 350-370 milyon il əvvələ gedib çıxır. Aparılan qazıntılar zamanı daha çox molyusklar və süngərlər tapılıb. 

Anews.az bildirir ki, bunu Azərtac-a açıqlamasında Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib. Onun sözlərinə görə, Arpaçay ətrafında pəncəüzgəcli balıqlar da aşkar edilib. Bu canlılar devon dövründə - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövrdə mövcud olan okeanda yaşayıblar. T. Heybətov əlavə edib ki, geoloji araşdırmalar zamanı məlum olub ki, ərazilərimizin böyük hissəsi bu gün mövcud olmayan okeanın dibində yerləşib. Devon dövründə braxiopodların (çiyinayaqlılar) inkişafı geniş vüsət alıb. Bundan əlavə, həmin dövrdə qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nəhəng xərçəngəbənzərlər və balıqların bütün sinifləri də geniş yayılıb. Sonradan suda-quruda yaşayanlar meydana gəlib. Bundan başqa, geoloji araşdırmalar təsdiq edir ki, bu ərazilərdə nəhəng balinalar da mövcud olub. Bu gün geoloji qazıntılar zamanı aşkar olunan nəhəng su canlılarının qalıqları Təbiət Tarixi Muzeyində qorunub saxlanılır. Muzeyin eksponatları arasında nəhəng dişli quşlar da var. Muzeyin direktoru qeyd edib ki, bu canlının qalıqları Arpaçay ətrafında tapılıb. Bioloji xüsusiyyətinə görə, dişli quşun okean canlıları ilə qidalandığı ehtimal olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol