• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial Fondun gəlirləri artıb - Nəyin hesabına?

Sosial Fondun gəlirləri artıb - Nəyin hesabına?
29.05.2020 00:28
Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 276,8 mln. manat olub.

Oxu.Az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə, 27,7% və ya 276 mln. manat çoxdur. 

"Artım nəyin hesabına baş verib?” sualına cavab olaraq, nazirlikdən bildirilib ki, işləyən əhalinin sosial sığorta sistemində iştirak səviyyəsi artıb, nəticədə, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12,9% artıb və 573,5 mln. manata çatıb. Bu, manatla ifadədə 65,3 mln. manat artım deməkdir. 

"Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması da diqqətdə saxlanılır. Həmin istiqamətdə görülən işlərin nəticəsi olaraq, Fondun həmin sektordan daxil olan sosial sığorta haqları cari ilin ilk rübündə 367,1 mln. manat olub. Bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,1% və ya 42,6 mln. manat çoxdur”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, nazir Sahil Babayev açıqlamasında əmək müqavilələrinin sayında artım olduğunu vurğulamışdı. Çünki 2019-cu ildən əksər sahələrdə xidməti müqavilələr əmək müqavilələri ilə əvəzlənməyə başlayıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol