Azərbaycanda yeni doğulan körpə öldü - Həkim səhlənkarlığına görə

Abşeronda yeni doğulan körpə ölüb.
Anews.az xəbər verir ki, bu barədə Trend-ə uşağı dünyaya gətirən qadının bacısı, Abşeron rayon sakini Çinarə Çələbiyeva məlumat verib.
Onun sözlərinə görə, hadisə aprelin 11-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının Mamalıq-Ginekologiya Şöbəsində baş verib.
Ç.Çələbiyeva iddia edib ki, həmin gün saat 11 radələrində bacısı Durdanə şöbədə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Onun iddiasına görə, uşaq şöbədə həkimin səhlənkarlığı səbəbindən ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























