• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı “İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı  “İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib
12.04.2019 16:08
12 aprel 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə "İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib. Görüş Səhiyyə İşçiləri həmkarlar ittifaqı təşkilatlarının əməkdaşlarını icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlər barədə məlumatlandırmaq məqsədi ilə təşkil edilib. 

Anews.az xəbər verir ki, görüşdə 110-a yaxın Səhiyyə İşçiləri həmkarlar ittifaqı təşkilatının əməkdaşları iştirak edib. 

Tədbirdə açılış nitqi ilə çıxış edən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev icbari tibbi sığortanın tətbiqinin əhalinin sağlamlığının qorunması baxımından vacib islahat olduğunu bildirib. E.Əfəndiyev qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, tibb müəssisələrinin maddi-texniki bazalarının möhkəmlənməsinə müsbət təsir göstərəcək.

Agentliyin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov icbari tibbi sığortanın mahiyyəti, sistemin tətbiqinin səhiyyənin inkişafına töhfəsi və pilot ərazilər üzrə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) tibbi statistik göstəricilər barədə iştirakçılara məlumat verib. O həmçinin, tibb işçilərinin nüfuzunun, sosial rifahının və peşəkarlığının artırılması istiqamətində pilot layihə çərçivəsində atılan addımlardan danışıb,  tibb personalının iş şəraitinin yaxşılaşdığını, xəstəxanalarda qeydiyyat sisteminin yenidən qurulduğunu və onların maddi-texniki bazalarının gücləndirildiyini diqqətə çatdırıb.

İcbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşdirilməsi qaydalarından danışan Agentliyin Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov icbari tibbi sığorta modelləri, universal tibbi təminat, ölkəmizdə və digər ölkələrdə mövcud səhiyyə sistemləri barədə çıxış edib. Onun sözlərinə görə, icbari tibbi sığortahaqqı muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün isə illik 120 manat müəyyənləşdirilib. A.Nəsirov eyni zamanda icbari tibbi sığortahaqqını ödəməkdən azad olunan əhali qrupları barədə də danışıb. 

Agentliyin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova "Tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi: hazırlıq tədbirləri” mövzusunda danışıb. O bildirib ki, icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi məqsədilə xəstəxanaların qeydiyyat sisteminin təkmilləşdirilməsi və təchizatının yaxşılaşdırılması, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi vacibdir. Ş.İsmayılova həmçinin, icbari tibbi sığortanın xidmətlər zərfi  barədə də məlumat verib.  

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov icbari tibbi sığorta sistemində tibb müəssisələrinin yeni idarəedilməsi mexanizmlərindən danışıb. Direktor qeyd edib ki, rəhbərlik etdiyi tibb müəssisəsində çevik idarəetmənin təmin olunması üçün şöbələr yeni struktura uyğun formalaşdırılıb, kadrlar yeni struktura uyğun yerləşdirilib və tibb müəssisəsinin maddi-texniki bazası yenilənib.  

Sonda iştirakçıları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol