• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda film kimi olay: oğurluğa getdiyi evdə...

Azərbaycanda film kimi olay: oğurluğa getdiyi evdə...
13.04.2019 13:15
Ağcabədidə evə oğurluğa girən şəxs döyülərək polisə təhvil verilib.
 

ONA-nın məlumatına görə, Ağcabədi şəhəri, Zülfi Adıgözəlov küçəsində yaşayan Kərimov Məhəmmədəli Eldar oğlu səhər saat 05 radələrində işdən gələrkən evin həyətindən səs eşidib və həyətə nəzər yetirdikdə əvvəllər tanımadığı şəxsin əlində su mühəriki və qazan tutub dayandığını görüb. Həmin şəxs onu görən kimi əlindəki əşyaları atıb qaçmağa başlayıb. Oğru hasara dırmaşmaq istəyərkən Məhəmmədəli Kərimov onu tutub. Oğru ev sahibini yumruqla vurmaq istəyib, lakin Məhəmmədəli Kərimov əlbəyaxa döyüş növləri üzrə idman ustası olduğundan özünü müdafiə edib və oğurluq edən şəxsə yumruq zərbələri endirib.
 
Qonşuluqda yaşayan şəxslər səsə gələrək oğrunu ev sahibinin əlindən alıblar. Daha sonra Məhəmmədəli Kərimov polis şöbəsinə zəng edərək hadisə barədə məlumat verib. İlkin araşdırmalar zamanı məlum olub ki, oğurluq edən şəxs Xocəvənd rayon sakini, Ağcabədi rayonu Hüsülü kəndində məskunlaşan 1988-ci il təvəllüdlü Quliyev Cəsarət Akif oğludur.
 
Faktla bağlı araşdırma aparılır.





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol