• $
  • €
  • ₽
  • ₺
  • £

Hidrometeoroloqlarımız üçün daha müasir sistem quraşdırılır

Hidrometeoroloqlarımız üçün daha müasir sistem quraşdırılır
24.09.2014 22:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ilə Türkiyə Meteoroloji Xidməti arasında uzun illərdən bəri davam edən əməkdaşlıq əlaqələri daha da inkişaf etdirilir. ANN.Az xəbər verir ki, Milli Hidrometeorologiya Departamenti ilə Türkiyə Meteoroloji Xidməti arasında mövcud olan ənənəvi əməkdaşlığın davamı olaraq, Departamentdə son dəfə 2010-cu ildə quraşdırılmış “TÜRKMETCAP” sisteminin daha müasir versiyası olan “METCAP+” sisteminin bu günlərdə quraşdırılmasına başlanılıb.Hazırda istifadədə olan VSAT-Peyk məlumat mübadiləsi sistemi ilə proqnozların hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, quraşdırılmaqda olan “METCAP+” sinoptik vizuallaşdırma və təhlil proqramının köməyi ilə çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri, hər 15 dəqiqədən bir yenilənən peyk məlumatları əldə olunacaq, eyni zamanda informasiya mübadiləsi həyata keçiriləcək.Qeyd edək ki, yeni sistem quraşdırıldıqdan sonra Türkiyə mütəxəssisləri tərəfindən yerli sinoptiklər üçün bir həftəlik treninqlər təşkil olunacaq.Hidrometeorologiya sahəsində yeni texnologiyaların, o cümlədən qeyd olunan sistemin tətbiqi ölkəmizdə hidrometeorologiya xidmətinin səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcək.    ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol