• $
  • €
  • ₽
  • ₺
  • £

Yüksək vəzifələrdə işləmək istəyənlər, diqqət - Müsahibə elan edildi

Yüksək vəzifələrdə işləmək istəyənlər, diqqət - Müsahibə elan edildi
15.04.2019 15:31
Dövlət İmtahan Mərkəzi (DİM) 5 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edib.

DİMdən Anews.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmələrdə olmaqla elana çıxarılan vəzifələrin 36-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 23-ü isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini, inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyində şöbə müdiri, Əmlak Məsələləri Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini vəzifələridir. Ümumilikdə isə, Əmlak Məsələləri Dövlət Komitəsində 4 vəzifə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 44 vəzifə, Energetika Nazirliyində 7, Sumqayıt Apellyasiya Məhkəməsində 1 vəzifə, Hesablama Palatasında 3 vəzifə olmaqla 59 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər "Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 15 aprel 2019-cu il tarixindən 15 may 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol