• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsxanada 5 məhkumun ölüm səbəbi açıqlandı

Həbsxanada 5 məhkumun ölüm səbəbi açıqlandı
15.04.2019 16:12
Bir neçə gün öncə açıqlanan məlumata görə, Penitensiar Xidmətin müalicə müəssisəsində 5 nəfər bir neçə ay ərzində xəstəlikdən dünyasını dəyişib.

Bununla bağlı bizimyol.info-ya danışan hüquqşünas, prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, dünyasını dəyişən məhkumların 4-ü ağır xərçəng, biri isə miasteniya xəstəliyindən əziyyət çəkirmiş:

"Penitensiar Xidmətin müalicə müəssisəsində xəstəlikdən dünyasını dəyişənlərdən bir qismi müəlicə mərkəzinə yenicə gəlmiş məhkumlardır. Onların 3-ü ilə bağlı 234-cü maddə ilə (Narkotik maddələrin saxlanması, istifadəsi və qanunsuz dövriyyəsi) iş açılmışdı. Onlardan birinin barəsində isə artıq hökm oxunmuşdu – 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onların demək olar ki, hamısı yenicə gətirilmişdilər. Bəzilərinə hökm oxunsa da, bəzilərinin işi hələ istintaqda idi. Onlardan 4-ü ağır formada xərçəng xəstəliyinin daşıyıcısı idilər, hətta birinin bir neçə nahiyəsində xərçəng xəstəliyi var idi. Ölənlərdən birində isə Miasteniya xəstəliyi var idi. Həmin xəstəlik də çox ağır formada olub və müalicəsi mümkün olmayıb.

Onların xəstəliyi məhkumluqdan öncə yaranmış xəstəlikdir. Yəni həmin xəstəliklər cəzaçəkmə müəssisəsində qazanılmış xəstəliklər deyil. Həmin xəstəliklər də şiddətli formada olduğu üçün aparılan müalicə nəticə verməmiş və onların dünyasını dəyişmişlər.

Eyni zamanda cəzaçəkmə müəssisələrində son günlər vərəm xəstəliyinin, hepatit b-c xəstəliklərinin tüğyan etməsi ilə bağlı da müzakirələr aparılır. Onunla bağlı demək istərdim ki, vərəmlə ciddi şəkildə mübarizə aparılır. Hətta cəzaçəkmə müəssisəsində aparılan mübarizə mülki həyatdakından dəfələrlə yüksək səviyyədədir. Xüsusilə qeyd etmək istərdim ki, Asiya ölkələrindən, Şərqi Avropa ölkələrindən, Moldaviyadan və s. ölkələrdən Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə üsullarını öyrənmək üçün mütəxəsislər gəliblər. Eyni zamanda Hepatit-c-b virusları da təhlükəli və ytoluxucudur. Onunla da mübarizə tədbirləri həyata keçirilir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol