• $
  • €
  • ₽
  • ₺
  • £

Növbələrə hazır olun!

Növbələrə hazır olun!
24.09.2014 16:35

Qurban bayramı ilə əlaqədar sərnişin sıxığını nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş rejimdə işləyəcək.

Qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, bayram günlərində sərnişin axınının artmasını nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamenti bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək. “Ölkə daxilində adi günlərdə sərnişinlərin sayı 2500-3000 nəfər təşkil edirsə, bayram günü bu rəqəm 5 minə çatacağı planlaşdırılır. Bu səbəbdən hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən isə 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək”, - deyə Nadir Əzməmmədov bildiribOnun sözlərinə görə, artıq biletlərin satışları 10 gün qabaqdan başlanıb. Bilerləri internet vasitəsilə, yaxud da post-terminal aparatlarından pul ödəməklə də sifariş vermək olar. Bundan başqa, kassalarda biletlərin satışı təşkil olunub. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün aparılacaq.Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalında da sərnişin sıxlığı ilə əlaqədar problem yaranmayacaq. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, oktyabrın 2-dən 7-nə qədər bütün istiqamətlərdə avtobusların sayı artırılacaq. Ümumilikdə xətlərə 200-ə yaxın avtobus buraxılacaq. Əlavə avtobuslar bütün istiqamətlər üzrə hərəkət edəcək.“Adi günlərdə avtovağzaldan 9-10 min sərnişin istifadə edirsə, bayram günü 15 min nəfər təşkil edəcək. Adi günlərdə xəttə 350-400 avtobus buraxılırdısa, bayram günlərində 600 avtobus işləyəcək. Əgər lazım olarsa, bundan da artıq maşınlar xətlərə əlavə edilə bilər”, - deyə Məhəmməd Abdullayev bildirib.Avtovağzal rəsmisinin sözlərinə görə, bayram günlərində avtobuslarda gediş haqqlarının süni şəkildə qiymətlərinin qaldırılmasına ciddi nəzarət olunacaq.“Əgər kimsə qiymətin süni şəkildə qaldırılmasına rast gələrsə, dərhal növbə rəislərinə müraciət etsinlər”ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol