• $
  • €
  • ₽
  • ₺
  • £

“Quli” digər “vor zakon”larla keçmiş adamına qarşı birləşdi

“Quli” digər “vor zakon”larla keçmiş adamına qarşı birləşdi
29.05.2020 00:03
Aprelin 9-da İstanbulda "qanuni oğru" Dato Çxikvişvilinin (Surqutski) rəhbərliyi ilə keçirilən toplantıda özbəkistanlı Ədhəm Səmərqəndski kriminal titul alıb. 

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, "sxodka"da Teymuraz Nemsitsveridze ("Tsripa"), Roman Cəfərov ("Romik Kurd"), Teymuraz Çuradze ("Aleko"), Laşa Doqonadze ("Laşa Piterski"), Vladimir Dzotsenidze ("Valera Kutaisski") və Qoca Cinçaradze ("Kurşa") iştirak edib. Lakin sonuncu şəxs Ədhəmin "taclandırılma"sının lehinə səs verib və bu barədə digər "həmkar"larına məlumat ötürüb. Bu informasiyadan sonra digər "vor zakon"lar Datonu cəzalandırmağın yollarını müzakirə ediblər. 

Məlumata görə, Surqutskiyə qarşı Nadir Səlifov ("Lotu Quli"), Roland Qeqeçkori ("Roland Şlyapa"), Merabi Mzarelua ("Duyake"), Tariel Oniani ("Taro"), Merab Canqveladze ("Merab Suhumski") kimi digər kriminal klanlar qoşulub. 

Onların fikrincə, Surqutski 2015-ci ildə İrəvanda keçirilmiş toplantıda yeni şəxslərə "qanuni oğru" titulunun verilməməsinə dair ümumi qərarı pozub. 


Nəşr yazır ki, münaqişəyə səbəb olan Səmərqəndski Özbəkistanda böyüyən etnik iranlıdır. O, 2000-ci ilə qədər peşəkar boksla məşğul olub. Daha sonra BƏƏ-yə qızların "satışı" ilə məşğul olub. Buna görə 8 il həbsdə olub. 


"Qanuni oğru" 2016-cı ildə Türkiyədə qətlə yetirilən avtoritet Rövşən Lənkəranskinin yaxın adamlarından biri olub. O, Caniyev öləndən sonra Səlifova yaxınlaşıb. Lakin "Lotu Quli"nin onun "taclandırılma"sı üçün heç nə etməyəcəyini anlayaraq bu tərəfdaşlığa son qoyub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol