• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Fondu Orxan Camalın oğlunun təhsil haqqını ödəyəcək

Heydər Əliyev Fondu Orxan Camalın oğlunun təhsil haqqını ödəyəcək
17.04.2019 11:04
Heydər Əliyev Fondu Azərbaycan əsilli rusiyalı yazıçı-politoloq Heydər Camalın qızı Kausar Camalın və jurnalist Orxan Camalın oğlu Mansur Camalın bütün təhsil haqlarını öz üzərinə götürüb.

Bu barədə Trend-ə Heydər Camalın həyat yoldaşı Gülnar Camal məlumat verib.

Qeyd edək ki, son günlərdə müxtəlif saytlarda 2018-ci ildə Mərkəzi Afrika Respublikasında film çəkilişləri zamanı qətlə yetirilən tədqiqatçı-jurnalist Orxan Camalın oğlu Mansur Camalın bəzi iş adamları tərəfindən "himayəyə götürülməsi” barədə məlumatlar yayılıb.


Bununla bağlı məsələyə aydınlıq gətirən Gülnar Camal bildirib ki, həyat yoldaşı Heydər Camalın ölümündən və oğlunun qətlindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ailəyə başsağlıqlarını çatdırıb:

"2018-ci ildə Bakıda Mehriban xanım Əliyeva ilə görüşümüz oldu. Elə həmin görüşdə Mehriban xanım bizim ailəyə Heydər Əliyev Fondu tərəfindən istənilən köməyi göstərməyə hazır olduğunu bildirdi.

Hazırda Heydər Əliyev Fondu Heydər Camalın qızı Kausar və Orxan Camalın oğlu Mansurun təhsilində bizə dəstək göstərir. Bu dəstəyə görə öz dərin minnətdarlığımızı bildiririk və hiss edirik ki, Azərbaycan bizim ikinci Vətənimizdir!”.

Heydər Əliyev Fondundən qeyd olunub ki, qurum Heydər Camal və Orxan Camalın ailəsi ilə müntəzəm əlaqədədir və hər iki ziyalı azərbaycanlının övladları Fondun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun himayəsinə götürülüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol