• $
  • €
  • ₽
  • ₺
  • £

Azər Həsrət rusdillilərdən üzr istədi - VİDEO

Azər Həsrət rusdillilərdən üzr istədi - VİDEO
17.04.2019 11:22
"Facebook"da rusdilli uşaqların içkiyə meyilli olduğunu və əyləncə məkanlarına da məhz onların daha çox getdiyini yazmaqla rusdilli ictimaiyyəti qəzəbləndirən jurnalist Azər Həsrət üzr istəyib.

A.Həsrətin bu yanaşmasına ciddi etiraz edən 1News.az saytının baş redaktoru Rəhman Hacı onu İTV-nin "Diqqət mərkəzi”ndə proqramında debata çağırıb.

Debat zamanı R.Hacı opponentindən rusdillələrdən üzr istəməyi tələb edib.

Azər Həsrət statusunda rusdilliləri pozğun adlandırmaq niyyətinin olmadığını, lakin statusunu belə qəbul edən hər kəsdən, eləcə də Rəhman Hacıdan üzr istəyib.

O, fikirlərinin ətraflı ifadə etmədiyi səbəbindən düzgün anlaşılmadığını bildirib:

"Mən statusumu redaktə etmək istədim, lakin bir anda kopyalanıb paylaşıldı. Bundan sonra redaktə etmək mənasız idi. Bir daha təkrar edirəm, mən rusdillilərə pozğun deməmişəm və heç vaxt bunu etmərəm".  

Azər Həsrətin qalmaqala səbəb olan statusunu təqdim edirik: "Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meyilli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun”./baku.ws

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol