• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəng xəstəsi ilə necə davranmalı? - Qohumlar nəyi, necə etməlidir?

Xərçəng xəstəsi ilə necə davranmalı? - Qohumlar nəyi, necə etməlidir?
29.05.2020 07:59
Xərçəng xəstələrinin psixoloji olaraq güclü olması üçün ailə və yaxınlarının üzərinə böyük məsuliyyət düşür. 

Hazırda dünyada xərçəng çarəsizlik və qeyri-müəyyənlik ehtiva edən, ağrı və iztirab içində ölümü xatırladan xroniki  xəstəlik kimi qəbul edilir. Ona görə də xərçəng xəstələrinin bu xəstəliyə qalib gəlməsi və həzm etməsi üçün psixoloji olaraq dəstəyə ehtiyacı var. 

Xərçəng xəstələrinə bu cür kömək etmək lazımdır.

TurpKimi.com  mütəxəssislərin təkliflərini bir yerə topladı və oxuculara təqdim edir:

 Xəstəyə qarşı açıq danışmaq lazımdı


İnsana xərçəng diaqnozu qoyulan andan etibarən xəstəyə bilgi vermək lazımdır. Xəstələr diaqnozu öyrəndiyi andan etibarən adətən xəstəliklərini inkar edirlər və həqiqəti qəbul etmək istəmirlər. Bu məqamda həkimlər xəstəyə müalicə prosesi, yaşayacağı mərhələlər və keçiriləcək tibbi müdaxilələri açıq şəkildə izah etməli və adamın xəstəliyi qəbul etmə prosesini gözləməlidirlər. Xəstə xəstəliyi haqqında niyə özünün bu vəziyyəti yaşadığı ilə bağlı düşünür və ətrafındakılara hirslənir. Bu vəziyyət insanın içində yaşadığı hirs, çarəsizlik, ölüm və məğlub olacağına dair qorxulardan qaynaqlanır.

Ən təsirli dərman ÜMİDDİR

Müalicənin başlanması və mərhələlərlə davam etməsi  ilə yanaşı xərçəngin yayılması ehtimalı da xəstələri ciddi psixoloji sınaqlarla qarşı-qarşıya qoyur. Maddi və mənəvi çatışmazlıqlar onları depressiyaya sürükləyir. Xəstələr ümidsizlik, çarəsizlik hissinə qapılır və özünü ətrafdakılara ağır yük kimi hiss etməyə başlayır. İnsanın yaşadığı xəstəlik ilə baş edib-etməyəcəyi və içində olduğu vəziyyətin qeyri-müəyyən olması, psixoloji olaraq insanın yorulmasına səbəb olur. Müalicə prosesində xəstənin keçirməkdə olduğu əməliyyat,  kimyaterapiya və istifadə edilən dərmanların əlavə  təsirləri insanı müalicə haqqında ümidsizliyə sala və xəstəliyi haqqında həqiqətə uyğun olmayan şeylər düşündürə bilər. Xərçəng xəstələrinin ailələrinin və yaxın ətraflarının bu nöqtədə xəstəyə dəstək olmağı mütləqdir. 

Xəstə ailələri və yaxınları üçün təkliflər

Xəstələrin xərçəng ilə mübarizə apara bilməyəcəyi fikri hamıda formalaşır. Xəstənin yaxınları xəstəni yaxşı olacağına inandırmalıdırlar və hər şəraitdə yanında olduqlarını hiss etdirməlidirlər. 

Xəstəyə yazıqları gəlməməlidir,  xəstədən  hər hansı bir şeyi gizlətməməli,  xəstəliyi ilə bağlı hər detalı  bölüşməlidirlər. Xəstə yaxınlarının xəstəyə qarşı münasibət və davranışlarının süni olmamasına diqqət etmək  böyük əhəmiyyət daşıyır.

Xəstələrin yaşadığı hər duyğunu ifadə etmələri üçün şərait yaradılmalıdır. Çünki bu prosesdə xəstə özünü və hisslərini gizlətməyə və özünə qapanmağa meyllənir.  

Xəstəliyi xəstənin həyatının mərkəzindən mümkün qədər uzaqlaşdırmaq və xəstəni xoşbəxt edəcək, ona xoş təsir bağışlayan insanlarla ünsiyyət qurmasına kömək etmək lazımdır. Bu xərçəngə qalib gələn şəxslər və qruplar da ola bilər. 

Xəstənin yaşadığı mühitdə daim xəstəliyindən danışılmamalıdır. İnsanın ümid etməsini, müsbət düşünməsini dəstəkləyəcək və yardım göstərəcək  davranış nümayiş etdirməlidir. Xəstəni yaxşılığa doğru cəsarətləndirmək lazımdır. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol