• $
  • €
  • ₽
  • ₺
  • £

Bu qidalar sizə gümrahlıq verir

Bu qidalar sizə gümrahlıq verir
18.04.2019 19:00
Yaz mövsümü başlasa da insanlarda fəsil dəyişkənliyinə görə bəzən halsızlıq, yorğunluq hiss olunur. Bəs görəsən, bu günlərdə hansı qidalara üstünlük verməklə enerjini bərpa etmək,özünü gümrah və sağlam hiss etmək mümkündür? Bu suala cavab tapmaq üçün araşdırdıq və gördük ki, xarici medianın Super Food, yəni Super Qida adlandırdığı qidalar siyahısı var ki, məhz bu qidaların qəbulu insan orqanizminə daha çox eneji və sağlamlıq verir. Həmin qidalarla oxucularımızı da tanış etmək məqsədilə, aşağıdakı məqaləni təqdim edirik:

ABŞ Ürək Assosiasiyasının açıqlamasına görə, Super Qida - əla keyfiyyətli və sağlamlığa böyük xeyir verən qidalardır. Super Qidaları adətən tərəvəzlər təşkil etsə də, bura bəzi dəniz və süd məhsulları da aid edilir. Lakin, assosiyasiya bildirir ki, əslində Super Qidaların müəyyənləşmiş dəqiq siyahısı yoxdur, sadəcə digərləri ilə müqayisədə sağlamlığa daha çox fayda verən qidaları belə adlandırmaq mümkündür.

Gəlin ABŞ-ın Milli Sağlamlıq İnstitunun təqdim etdiyi bir neçə nümunədə Super Qidalarla tanış olaq:

1. Azərbaycan mətbəxində də çox yaxşı tanınan Sarıkök super qidadır. Kurkumin sarıkökün əsas faydalı maddəsidir. Kurkumin güclü antioksidantdır və iltibah əleyhinə təsir göstərir. Araşdırmalar göstərir ki, kurkumin xərçəng, şəkərli diabet və ürək-damar xəstəlikləri kimi xroniki xəstəliklərin müalicəsində faydalıdır. Sarıkökün həm də yaranı sağaldıcı və ağrı kəsici təsirləri də mövcuddur. Sarıkökü orqanizm asanlıqla absorbsiya edə bilmir, onun qara istiotla birgə qəbulu ilə mənimsəməni sürətləndirmək mümkündür.

2. Yeməli göbələklər də Super Qida hesab olunur. Göbələklərin tərkibində növündən asılı olaraq bol miqdarda A vitamini, potasium, lif və digər qidalarda olmayan bir neçə antioksidant var. Təəccüblüdür ki, göbələk yemək orqanizmi tərəvəz yeməkdən daha çox qidalandırır. Göbələyin unikal antioksidant təsiri ilə bir çox iltihablanmanın müalicəsi aparılır və xərçəng xəstəliyinin müalicəsində istifadə olunur.

3. Növbəti Super Qida isə zəncəfildir. Zəncəfil kəskin və xroniki iltihablanmanın müalicəsində istifadə olunur. Xərçəng və ürək-damar xəstəlikləri kimi xroniki xəstəliklərin müalicəsi üçün faydalıdır. Zəncəfil həm də ürəkbulanmasının qarşısını alır. Zəncəfili bitki, yağ və şirə halında əldə etmək mümkündür.

4. Azərbaycan istehlakçıları üçün yeni dad olan Maca da Super Qida siyahısındadır. Maca turpa bənzəyən, iris qoxulu bitkidir. Macanın tərkibində çoxlu vitaminlər, minerallar, protein və 20-yə yaxın amin turşusu var.  Elmi ədəbiyyata əsasən, Maca orqanizmi enerji ilə təmin edir, zehni yeniləyir,  ayıq saxlayır, əhvalı yüksəldir və yaddaşı gücləndirir. Maca miqren ağrılarını kəsir və qarşısını alır, immun sistemini gücləndirir və hormonları artırır. Macanın həmçinin antidepressant təsiri də mövcuddur.

5. Sarımsaq da Super Qidalar siyahısında yerini alıb. Sarımsaq C və B6 vitaminləri, lif və selen mənbəyidir. Sarımsaq xolestrol və qan təzyiqini azaldır. O həm də immun sistemini gücləndirir. Tərkibindəki kükürdə görə bəzi xərçəng növlərinin müalicəsi üçün də faydalıdır.

6. Kulinariya verilişlərində Avakado bitki kimi təqdim olunsa da, əslində o, zəngin qida dəyərinə malik Super Qida meyvədir. Avakadonun tərkibində xeyirli yağlar, lif, vitamin və minerallar var. Tez-tez avakado yemək sizi bir sıra xərçəng növlərindən, ürək-damar xəstəliklərindən, şəkərli diabetdən, metobolik sindromdan qoruyar.
oxu.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol