• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda aptekdən 60 min oğurlayanlar tutuldu

Bakıda aptekdən 60 min oğurlayanlar tutuldu
18.04.2019 19:30
Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən apteklərdən birindən oğurluq edilib. Naməlum şəxs obyektə daxil olaraq aptekdə olan seyfləri qıraraq oradan külli miqdarda pul talayıb.


Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, hadisə ilə bağlı Nərimanov Rayon Polis idarəsi və 16-cı Polis Bölməsinə məlumat daxil olan kimi dərhal yaradılan əməliyyat-istintaq qrupu tərəfindən obyektə baxış keçirilib. İdarə və Bölmə əməkdaşlarının "isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Biləsuvar rayon sakinləri Əli İsmayılov, Amil Məmmədli və Siyəzən rayon sakini Çingiz Xankişiyev saxlanılıblar.

 
Araşdırma zamanı müəyəən olunub ki, dəstə üzvlərindən ikisi - Ə.İsmayılov və Ç.Xankişiyev müxtəlif vaxtlarda həmin aptekdə əczaçı işləyiblər və seyfin yeri barədə əvvəlcədən məlumatlı olublar. Həmin şəxslər iş yerlərini dəyişəndən sonra aptekdən oğurluq etmək üçün xüsusi plan hazırlayıblar. Bu məqsədlə Ə.İsmayılov Ç.Xankişiyevi həmyerlisi A.Məmmədli ilə tanış edib. Əldə olunan razılığa əsasən hadisə günü A.Məmmədli aptekə obyektin dam hissəsini kəsərək əvvəlcə anbara, daha sonra isə seyfin saxlanıldığı otağa daxil olub. Burada o, özü ilə gətirdiyi kəsici alətlərlə seyfləri qıraraq içindəki pulları ələ keçirib.


Qeyd edək ki, A.Məmmədlinin aptekə daxil olma anı obyektin müşahidə kameraları vasitəsilə lentə alınıb.

Hadisədən sonra A.Məmmədli özü ilə gətirdiyi kəsici alətləri aptekdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Daha sonra dəstə üzvləri Ç.Xankişiyevin yaşadığı mənzildə görüşərək pulu aralarında bölüblər. Qeyd edək ki, dəstə üzvlərinin yaşadıqları evə baxış zamanı oğurlanan pulların bir hissəsi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 
Xatırladaq ki, saxlanılan şəxslər aptekdən 60 min manat oğurlayıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol