• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycana gəlməyimin səbəbi…” - Fuad Abbasov hər şeyi açıqladı - VİDEO

“Azərbaycana gəlməyimin səbəbi…” - Fuad Abbasov hər şeyi açıqladı - VİDEO
29.05.2020 04:19

Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı jurnalist, İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov Azərbaycana gəlişinin gerçək səbəblərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Xaçmazda yerləşən bir çayxanadan canlı yayım edən F.Abbasov bütün məsələlərə aydınlıq gətirib. O, Azərbaycana aprelin 9-da ailəsi ilə birgə gəldiyini bildirib:

"Son günlər mənim haqqımda çox müxtəlif fikirlər yayılır. Ona görə də canlı yayıma çıxıb sizə bəzi məlumatları vermək istədim. İstədim ki, bütün məlumatları birbaşa məndən alasınız. Mənim Azərbaycana gələcəyim martın axırından məlum idi. Gəliş-gediş biletimi 2 həftə əvvəldən almışdım. Bu barədə heç kimə məlumat verməyə məcbur deyildim”.

F.Abbasov qeyd edib ki, səfərində məqsəd oğlu Emilin Rusiya ali məktəblərindən birinə qəbul olması üçün imtahanlarda iştirak etməkdir:

"Rusiya səfirliyi nəzdində fəaliyyət göstərən "Rossotrudniçestvo” xətti ilə keçirilən imtahanda iştirak etmək üçün bura gəlmişik. Demək istədiyim odur ki, mənim bura gəlməyim tamamilə könüllü bir şəkildə, heç bir məcburiyyət, heç bir deportasiya olmadan baş tutub. Biz əvvəlcədən planlanmış şəkildə gəlmişik və burada dincəlməyə davam edirik. Bizim geri dönüş biletimiz var və geri dönüş biletimizin vaxtı çatanda biz Rusiyaya geri qayıdacağıq. Oğlum imtahanlara girdi, qəbul olub-olmayacağı daha sonra bilinəcək. Biz də əsas etibarilə onun üçün burdayıq. Çünki mən və mənim ailə üzvlərim Azərbaycan vətəndaşıdır və bizim Rusiyada hər hansı hüquqi bağlılığımız yoxdur. Ona görə də burdayıq”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol