• $
  • €
  • ₽
  • ₺
  • £

Vidadi Bərdəlinin oğlunun işinə yenidən baxılacaq

Vidadi Bərdəlinin oğlunun işinə yenidən baxılacaq
20.04.2019 11:39
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin məhkəməsi yenidən start götürüb.


Anews "Qafqazinfo"ya istinadən xəbər verir ki, mart ayında prosesin ilk iclası keçirilsə də, cinayət işində kobud prosessual pozuntular aşkarlanmışdı. Buna görə də hakim Azad Məcidov cinayət işinin yenidən araşdırılması, bu pozuntuların aradan qaldırılması üçün işi ibtidai istintaqa qaytarmışdı. Təxminən bir ay sonra prokurorluq cinayət işini təkrar tamamlayaraq yenidən məhkəməyə göndərib. Bu dəfə də iş eyni hakimin sədrliyi ilə araşdırılacaq. İlk iclas aprelin 26-na təyin edilib.


İttihama görə, əvvəllər məhkum olunmuş T.Vəliyev və F.Ocaqquliyev 2018-ci il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovu taksi kimi fəaliyyət göstərdiyi avtomobilində bıçaqlayaraq qətlə yetiriblər. 


T.Vəlizadənin yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
 
Qeyd edək ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol