• $
  • €
  • ₽
  • ₺
  • £

"Müflis oldum, övladlarımla kirayələrdə yaşayıram" - Nazim İbrahimovun qardaşı

"Müflis oldum, övladlarımla kirayələrdə yaşayıram" - Nazim İbrahimovun qardaşı
20.04.2019 15:26
"Barəmdə cinayət işi var, biznes fəaliyyətimə qadağa qoyulub, ev dustaqlığındayam".
Unikal.org xəbər verir ki, bu barədə Diaspora ilə İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bildirib. O vurğulayıb ki, bu yaxınlarda əvvəldən tikdirdiyi bir əmlaka qeydiyyat çıxarışı almaq istəyib: "Xahiş elədim ki, şəxsiyyət vəsiqəmi versinlər, etibarnamə verim yaxınlarıma. Ona da icazə vermədilər ki, cinayət işi yekunlaşmamış olmaz".


Sahib İbrahimov evlərini, maşınlarını girov qoyub banklardan kredit götürdüyünü deyib: "Məqsəd mənə məxsus olan və Səttar Bəhlulzadə 14 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının sökülməsi, orada yaşayan insanları başqa yerlərdə evlə təmin etmək olub. Nəticədə 5 milyon dəyəri olan evimi 1 milyon qiymətləndirib əlimdən aldılar. Övladlarımın, özümün evlərimizi aldılar. Hamımız bilirik ki, Azərbaycanda dəyəri 10 milyon manat olan əmlakı ən yaxşı halda 2-3 milyona qiymətləndirib girov kimi qəbul edirlər. Bizim də əmlaklarımızı elə qiymətləndirdilər, ödəniş etmədiyimizə görə əlimizdən aldılar. İndiyədək də bir neçə banka külli miqdarda borcum yığılıb, heç bilmirəm onu necə ödəyim... İki övladımı keçən idən çıxarıblar, biri qalırdı. Onun da ödənişini 10-15 gün yubatmışdıq deyə məktub yazdılar ki, daha məktəbə gətirməyin. Bu, mənə çox pis təsir etdi, necə ola bilər ki, bu qədər alacağım ola-ola 500-600 manata görə mənim uşağımı məktəbdən çıxarsınlar?! İnsaf da yaxşı şeydir axı... Bütün evlərim, uşaqlarımın yaşadığı evlər, maşınlarımız əlimizdən gedib, kirayələrdə qalmışıq...".



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol