• $
  • €
  • ₽
  • ₺
  • £

Nizami Cəfərov: “Bəzi sözlərin yazılış qaydası ilə bağlı mübahisələr var”

Nizami Cəfərov: “Bəzi sözlərin yazılış qaydası ilə bağlı mübahisələr var”
20.04.2019 16:17
"Motsart” sözünün yazılış qaydası ilə bağlı hələlik mübahisələr var. Ümumiyyətlə, "Gertsen”, "Hertsen” və s. tipli sözlər dilimizə rus dili vasitəsilə keçib. Yəni, birbaşa olaraq alman, ingilis və fransız dillərindən deyil, rus dili vasitəsilə keçib. Rus dili vasitəsilə alınan sözlərin tələffüz edildiyi kimi yazılması daha uğurludur:”.


Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor, deputat Nizami Cəfərov Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarını "Report”a şərh edərkən deyib.


"Biz bu ənənəni pozmadan rus dili vasitəsilə alınan sözləri necə tələffüz ediriksə, o cür də yazaq. Amma hələ ki, bundan uğurlu variant yoxdur. Təbii ki, yeni variantlar olacaq. Çünki dil inkişaf etdikcə təkmilləşir”, - o bildirib ki, 


Professorun sözlərinə görə, Azərbaycan dilinin Orfoqrafiya Normalarının əsasında yeni Orfoqrafiya lüğəti tərtib olunacaq: "Azərbaycan dilinin Orfoqrafiya Normaları geniş müzakirələrdən sonra öz təsdiqini tapıb. Müzakirələr zamanı dəqiqləşdirmələr aparılıb. Biz orfoqrafik normaların təsdiqini çoxdan gözləyirdik. Çünki bunun əsasında normal orfoqrafiya lüğəti tərtib olunacaq”.


N.Cəfərov w hərfi ilə başlayan bəzi sözlərin Azərbaycan dilində "v” hərfi ilə yazılmasına da (veb-sayt, Vilyam, vörd və s.) münasibət bildirib: ”Dilimizdə bəzi yeni alınma sözlər mövcuddur. Dilimizin də əsas prinsipi fonetik prinsipdir. Həmin alınma sözləri necə tələffüz ediriksə, orfoqrafik qaydalara əsasən, elə də yazmalıyıq. Biz alınma sözlərin orijinalda olduğu kimi yazmağın əleyhinəyik. Çünki bunun da çoxlu problemləri meydana çıxır. Hər halda sözün tələffüz olunduğu kimi, yəni dilin mənimsənildiyi kimi yazılışı daha doğrudur. Azərbaycan dilində də ənənəvi olaraq bu prinsip gözlənilir”. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol