• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 38 nəfər ölüb

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 38 nəfər ölüb
20.04.2019 17:45
Azərbaycanda bu ilin 3 ayı ərzində baş vermiş fövqəladə hadisələrin statistikası açıqlanıb.


Qaynarinfo xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) ONA-ya verilən məlumata görə, 2019-cu ilin I rübü ərzində respublika ərazisində 2040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 552 hadisə və ya 37% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 38 nəfər ölüb, 76 nəfər xəsarət alıb. FHN xilasediciləri tərəfindən 35 nəfər xilas edilib, 611 nəfər təxliyə olunub.


Statistikaya görə, 2019-cu ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1965 çıxış edilib. Yanğın hadisələri zamanı 29 nəfər ölüb, 49 nəfər xəsarət alıb. Bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 14 nəfər və ya 33% azdır. Xəsarət alanlar üzrə 18 nəfər və ya 58% çoxdur. Yanğınların söndürülməsi zamanı 33 nəfər xilas edilib, 478 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Həmçinin, bu ilin I rübü ərzində respublika ərazisində 23 partlayış hadisəsi baş verib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 2 hadisə və ya  10% çoxdur. Partlayışlar zamanı 8  nəfər ölüb,  27 nəfər xəsarət alıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol