• $
  • €
  • ₽
  • ₺
  • £

“Kaş onun əvəzinə mən ölərdim” - Yol qəzasında bir ailəninin həyatına son qoyan məhkum - VİDEO

“Kaş onun əvəzinə mən ölərdim” - Yol qəzasında bir ailəninin həyatına son qoyan məhkum - VİDEO
22.04.2019 19:30
Anews.az xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında məhkum Cəlil Murtuzovun həyat hekayəsindən danışılıb.

Cəlil Murtuzov - Cəzası: 9il: "Müəllim ailəsində böyümüşəm. Həhkum həyatı yaşayacağım ağlıma gəlməzdi. Heç kim həyatdan sığortalanmayıb. Özəl firmaların birində mühafizə xidmətinin rəisi idim. İşim yaxşı idi, dolanırdıq. Məhkum olmağıma səbəb avtomobil qəzası törətməyib oldu. Bibim rəhmətə getdi, onun 40 mərasimindən 1 həftə sonra da biz, bibim oğlunun ailəsi və mən Masallı rayonuna getdik. Oradan qayıdanda gecəyə düşdük. Yuxusuz idim, qəzaya uğradıq. Bibim oğlu içkili olduğu üçün maşını fasiləsiz mən idarə etməli oldum. Elə bil gözüm bağlandı. Üzümdən başqa hər yerim əzildi. Avtomobilin ön şüşəsinin üzərimizə düşdüyünü gördüm. Bibim oğlunu qucaqladım, üstümə yıxıldı. Baş nahiyəsindən əzildiyi üçün keçinmişdi. Qorxdum. Avtomobildə olanların üçü baş hissəsindən əzildiyi üçün hamısı öldü. Bibim oğlu, yoldaşı və 3 yaşlı uşaqları. Hadisədən sonra bibim oğlunun atası məndən şikayətçi oldu. Onu anlayıram, övlad itirib. Amma mən də çox acı çəkirəm. Bəlkə düzələr, barışıq olar. Amma bibim sağ olsaydı, bibim oğlu Elçin sağ olsaydı bəlkə belə olmazdı. Sağ qalan 2 uşağa babaları baxır, Elçinin atası. Bilmirəm onlar böyüyəndə mənə necə baxacaqlar. Ata-anasız böyümək çətindir. Onların üzünə necə baxacağam, nə deyəcəyəm? Mən bu 9 ili çəkib bitirəcəm. Buradan çıxandan sonra azadlıqda Elçinsiz necə yaşayacam? O mənə qardaş idi. Kaş mən öləydim, o ölməyəydi. Qəbirləri üzərinə getmədim. Hansı üzlə gedəcəyimi də bilmirəm".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol