• $
  • €
  • ₽
  • ₺
  • £

Kediti olanların nəzərinə - Pulunuzu belə alın

Kediti olanların nəzərinə - Pulunuzu belə alın
22.04.2019 14:55
"Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət olaraq biz bank olmayan kredit təşkilatlarının və bağlanan bankların problemli müştərilərinin kompensasiyalarının ödənilməsi istiqamətində artıq ilk addımlarımızı atmışıq. Belə ki, bu gündən etibarən müştərilər 500 manatdan aşağı olan nağd kompensasiyanı "Azərpoçt" MMC-nin respublika üzrə 1497 poçt şöbəsinə yaxınlaşıb ala bilərlər”.

Bunu "Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova fed.az saytının sosial şəbəkədəki canlı yayımında bildirib. O qeyd edib ki, mayın 1-dən isə 500 manatdan yuxarı olan kompensasiyaları müştərilər "Azərpoçt” tərəfindən emissiya olunmuş kartlar vasitəsilə ala biləcəklər: "Vətəndaşlardan kart üçün heç bir ödəniş tələb olunmur. Eyni zamanda, kartlardan pulu nağdlaşdıranda da komissiya tutulmur. Vətəndaş pullarını istədiyi vaxt ala bilərlər”.

G. Gözəlova deyib ki, fərmanla 121 min nəfərə yaxın vətəndaşa kompensasiyaların ödənilməsi "Azərpoçt”un öhdəliyinə düşür: "Bunlardan 76 min 836 nəfəri 500 manatdan aşağı olan məbləğdir. Eyni zamanda, qurumun rəsmi saytında da həmin şəxslərin problemli kreditlərinə dair bölmə açılıb. Vətəndaşların şəxsiyyət vəsiqəsinin seriyasını və fin kodunu daxil etməklə onlara ayrılan kompensasiyanın məbləğini və bu kompensasiyasını alacaq poçt şöbəsinin ünvanını dəqiqliklə öyrənə bilərlər. Ancaq müştərilər mütləq şəxsiyyət vəsiqəsini və ya onun sürətini təqdim etməlidirlər. Kompensasiyaların təqdim olunması istiqamətində göstərilən bütün xidmətlər pulsuzdur. Bundan əlavə, müştərilərə 1 illik kartlar təqdim olunur. Əgər vətəndaş hər hansı səbəbdən özünə aid bu kartları itirərsə və ya zədələyərsə o zaman növbəti dəfə müştəri müraciət edən zaman kartın emissiya rüsumu ödənilməlidir. Kart vasitəsilə kompensasiyanı alacaq müştərilər respublika üzrə "Azərpoçt” un 77 poçt şöbəsinə yaxınlaşıb öz kartlarını və fin kodlarını əldə edə biləcəklər.

Qeyd edim ki, müştərilərin koordinatları "Azərpoçt”a Palata tərəfindən ötürülüb. Ola bilər ki, bu və ya digər səbəbdən hansısa müştəriyə sms getməyib. Bu vətəndaşın aktiv telefon nömrəsini artıq işlətmədiyi halda olacaq. Bizə təqdim olunan nömrələrə sms göndəririk. Başqa hallarda isə sms- ləri hər hansı müştərilər görməzsə, vətəndaş məmnuniyyəti üçün "Azərpoçt” un rəsmi saytında ayrıca bir bölmə yaratmışıq. Ora daxil olmaqla məlumatları əldə edə bilərlər”. (qafrqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol