• $
  • €
  • ₽
  • ₺
  • £

Kamal Abdulladan ADU-ya yeni dekan təyinatı

Kamal Abdulladan ADU-ya yeni dekan təyinatı
22.04.2019 16:50
Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinə yeni dekan seçilib.

Bu barədə "Report"a universitetdən məlumat verilib.

Seçkiyə əsasən universitetin rektoru Kamal Abdullanın əmri ilə bu vəzifəyə professor Şahin Xəlilli təyin edilib.

Qeyd edək ki, Şahin Həmid oğlu Xəlilli 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsini bitirib. 1976-cı ildən indiki Azərbaycan Dillər Universitetində əmək fəaliyyətini davam etdirir.

1985-ci ildə "Ceyms Oldricin yaradıcılığında Azərbaycan mövzusu”nda namizədlik dissertasiyasını müdafiə edib.

1992-ci ildə "Yazıçı” nəşriyyatında "Ceyms Oldric və Azərbaycan” adlı monoqrafiyası çap olunub. Londonda ədibin evində kitabın təqdimatı keçirilib.

O, 1999-cu ildə Kembric Universitetində Britaniya yazıçılarının XXV seminarında iştirak edib. 2005-ci ildə "Azərbaycan-ingilis ədəbi əlaqələri (Qədim və Orta əsrlər dövrü)” adlı doktorluq dissertasiyasını müdafiə edib.

"Ədəbi əlaqələr işığında” (2002), "Azərbaycan – ingilis ədəbi əlaqələri. Folklor materialları əsasında” (2002), "Klassik poeziya və ədəbi əlaqələr. Azərbaycan – ingilis ədəbi əlaqələri” (2003) adlı kitab və monoqrafiyaların, magistr hazırlığı üçün "XX əsr Böyük Britaniya və Amerika ədəbiyyatı tarixi” fənni üzrə proqramın (2009), "Şekspirin sonetləri” (2009) dərs vəsaitinin, eləcə də "Shakespeare’s English Historic Plays” (həmmüəllif S.Magill. 2009), "British Literature. Medieval Ages” (həmmüəllif A.Tatli. 2012), "Britaniya uşaq ədəbiyyatı” (həmmüəllif Səadət Əliyeva. 2018) adlı dərs kitablarının, eləcə də "Ceyms Oldric və Azərbaycan” adlı toplunun müəllifidir.

"Britaniya adalarının xalq nağılları” şərikli tərcümə kitabı 1989-cu ildə "Gənclik” nəşriyyatında, ikinci dəfə isə Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə 2005-ci ildə 25.000 tirajla "Öndər nəşriyyat”da çap olunub. XIX əsrin ingilis yazıçısı Ceyms Moriyerin "İsfahanlı Hacıbabanın macəraları” adlı romanının tərcüməsini 1993-cü ildə "Gənclik” nəşriyyatında 25 cilddən ibarət olan "Macəra və Fantastika kitabxanası” seriyası ilə nəşr etdirib.

"Yerin ulduzları” (1990), "Ürəyimdən keçənlər” (1996) uşaq şeirləri kitablarının müəllifidir.

2015-ci ildə Böyük Britaniyanın "Rossendale Books” nəşriyyat evində çapa hazırlanan "Ürək şəkilli yarpaqlar” ("Heart-Shaped Leaves”) adlı kitabı ABŞ-da nəşr olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol